Axar.az xəbər verir ki, bu qərar episentri Türkiyənin Malatya vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra qəbul edilib.
Yenilənmiş xəritəyə əsasən, zəlzələ riski ən çox olan regionlara İzmir, Dənizli, Bursa, Kocaeli, Ərzincan, Hatay, Amasya, Bolu, Çanaqqala və Siirt daxildir.
Ankara, Konya, Şanlıurfa, Kayseri, Mersin, Nevşehir vilayətləri və İstanbul vilayətinin bir hissəsi seysmik təhlükələrə daha az məruz qalır.
Xəritə Şərqi Anadolu və Şimali Anadolu qırılmalarının Türkiyənin hansı bölgələrindən keçdiyi barədə təsəvvür formalaşdırır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !