Türkiyənin tanınmış rejissoru və aktyoru vəfat edib

18:30 | 02.07.2021
Türkiyənin tanınmış rejissoru və aktyoru vəfat edib

Türkiyənin tanınmış rejissoru və aktyoru vəfat edib

Türkiyənin tanınmış rejissoru, ssenaristi və aktyoru Kartal Tibet 83 yaşında vəfat edib.

"Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə aktrisa Civan Canova instaqram səhifəsində yazıb.

"Gülə-gülə Kartal ağabəyim, səndən ötür çox darıxacağam”, - qeydi ilə o, tanınmış sənətkarın vəfatı xəbərini paylaşıb.

Kartal Tibet 1938-ci ildə Ankarada anadan olub. Türkiyə istehsalı olan 200-ə yaxın filmdə iştirak edib. Oynadığı və rejissoru olduğu filmlər Türkiyənin Yeşilcamının klassikalarına daxil edilib. O, Ankara Universiteti Dövlət Konservatoriyasının Teatr Fakültəsini bitirib. Tibet 1961-ci ildə Ankaranın ilk özəl Meydan səhnəsi teatrının qurucularından olub.

O, ilk dəfə "Tosun paşa” filminə rejissorluq edib. Kamal Sunalın oynadığı 20 filmin, rejissoru olub. Tibet bir sıra komediya və tarixi filmlərdə baş rolu oynayıb. Ümumilikdə isə 56 filmin rejissoru olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM