Türkiyənin turizm gəlirləri 13,8% azalıb

21:23 | 31.07.2015
Türkiyənin turizm gəlirləri 13,8% azalıb

Türkiyənin turizm gəlirləri 13,8% azalıb

Türkiyədə xarici turizmdən əldə etdiyi gəlir 2015-ci ilin 2-ci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% azalıb və 7,733 milyard dollar təşkil edib. Modern.az xəbər verir ki, bu Türkiyə Statistika qurumunun yaydığı məlumatda deyilir. 

"Aprel-iyun aylarında turizmdən əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% azalıb. Bu dövrdə əldə edilən 7,733 milyard dollar gəlirin 86,7%-i əcnəbi turistlərin, 13,3%-i isə qürbətdə yaşayan türklərin hesabına qazanılıb. Bir xarici turistin Türkiyədəki orta xərcləri 719 dollar təşkil edib. Türkiyəyə səfər edən turistlərin sayı isə 2% azalaraq, 10,8 milyon nəfər təşkil edib”.

Statistik məlumatlar, Türkiyədən xaricə gedən turistlərin sayının çoxaldığını, 2-ci rüb üçün 20,6% artdığını müəyyən edib.

2014-cü ildə Türkiyəni ziyarət edən xarici turistlərin sayı 2013-cü illə müqayisədə 5,6% artaraq 41,5 milyon nəfər təşkil etmişdi. Onların 35,9 milyon nəfəri əcnəbidən, 5,6 milyon nəfər isə qürbətdə yaşayan türklərdən ibarət olub.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu il ölkənin turizm sektorunda azalma müşahidə olunur və bu ilk növbədə Rusiyadan turist axınının zəifləməsi ilə bağlıdır. 2014-cü ilin noyabrından başlayaraq, Rusiyadan Türkiyəyə gələn turistlərin sayı 27% azalıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM