Proqnoz: Türkiyədə dolların bahalaşması qaçılmazdır.
Bu ilin iyul ayında Türkiyənin xarici ticarət kəsiri ötən ilin analoji dövrü ilə müqayisədə 82,5% artaraq 8,843 mlrd. ABŞ dollarına çatıb.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi ilə Gömrük və Ticarət Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, iyul ayında ixrac illik müqayisədə 28,3% artaraq 12,641 mlrd. dollar, idxal isə 46,2% artaraq 21,484 mlrd. dollar təşkil edib.
Nəticədə Türkiyədə iyul ayında ixracın idxalı qarşılama əmsalı 58,8%-ə bərabər olub. Qeyd edək ki, ötən ilin iyulunda bu göstərici 67% idi.
Mövsümi amillərdən təmizlənmiş ixrac iyulda 1,5% azalma, idxal isə 5,3% artım göstərib. Ən çox ixrac edilən ölkə 1,215 mlrd. dollarla Almaniya, ən çox idxal edilən ölkə isə 2,134 mlrd. dollarla Çin olub.
Qeyd edək ki, xarici ticarət kəsirinin kəskin artması Türkiyədə dolların məzənnəsinin artmasına gətirib çıxaracağı qaçılmazdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !