Türkiyəyə 3 milyona yaxın miqrantın qanunsuz daxil olmasının qarşısı alınıb

21:47 | 20.05.2023
Effektiv sərhəd tədbirləri sayəsində 2023-cü ilin əvvəlindən 93 148, indiyədək isə ümumilikdə 2 836 775 miqrantın Türkiyəyə qanunsuz girişinin qarşısı alınıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin yaydığı açıqlamada deyilir.

Qeyd olunub ki, cari il ərzində 40 480 qeyri-qanuni miqrant tutulub, deportasiya edilənlərin sayı isə 37 785 nəfər təşkil edib.

2016-cı ildən bu yana Türkiyədən deportasiya edilən miqrantların sayı 487 735 nəfərə çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb