Ağır yaralanan və müalicə üçün "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazi sağalaraq Azərbaycana geri dönüb.
Bu barədə YAŞAT fondundan anews.az-a məlumat verilib.
Bildirilir ki, sözügedən qazilər İdrisov Ərşad Rafiq oğlu, Misirzadə Rahib Mübariz oğlu və Əmənli Nurlan Şirzad oğludur.
"Onların Türkiyədəki müalicə proseduru artıq yekunlaşıb.Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib. "YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq",-deyə fondun rəsmisi əlavə edib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən Azərbaycana gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !