Türkiyəyə yardım edən ölkələrin bir qisminin SİYAHISI

15:57 | 09.02.2023
Türkiyəyə yardım edən ölkələrin bir qisminin SİYAHISI

Türkiyəyə yardım edən ölkələrin bir qisminin SİYAHISI

Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə olan zəlzələ nəticəsində insan tələfatı ilə mübarizə aparan axtarış-xilasetmə qruplarına dünyanın müxtəlif ölkələri dəstək verib. Dünyanın hər yerinə zəlzələ yardımı gəlməkdə davam edir. Ümumilikdə Türkiyəyə 3 gün ərzində 51 ölkədən dəstək gəlib. 
 
Dəstək verən ölkələrin bir qismini təqdim edirik: 

TAYVAN
Tayvan Kahramanmaraşda baş verən zəlzələlərdə dağıntılar altında qalanların xilas edilməsi üçün Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib.



LİVAN
Livan hökuməti Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində dağıntılar altında qalanların xilas edilməsi üçün Türkiyəyə 72 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.


Çexiya
Çexiya Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərə görə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib. Axtarış-xilasetmə üzrə ixtisaslaşmış yanğınsöndürənlərdən ibarət qrup lazımi ləvazimatları Ostrava şəhərinin Leos Janacek hava limanında təyyarəyə yükləyərək yola düşüb.



MALAYZİYA
Malayziyadan 70 nəfərlik axtarış-xilasetmə qrupu zəlzələlərdən sonra axtarış-xilasetmə fəaliyyətlərinə dəstək vermək üçün Türkiyəyə hərəkət edib.



GÜRCÜSTAN
Bildirilib ki, Gürcüstan hökumətinin qərarı ilə 60 nəfərdən ibarət axtarış-xilasetmə qrupu yola düşüb. Komanda ilə yanaşı təlim keçmiş itlər və müvafiq avadanlıqlar da Türkiyəyə göndərilib.



AZƏRBAYCAN
Azərbaycan zəlzələdən zərər çəkənlər üçün yaxşı təchiz olunmuş səhra xəstəxanası, ədyal, qızdırıcılar və müxtəlif materiallar göndərib. Zəlzələ zonalarından birində yaradılacaq xəstəxanada azərbaycanlı həkimlər çalışacaq.


 
BOLQARISTAN
Bolqarıstanın müxtəlif şəhərlərindən bir araya gələrək 13 maşınla yola çıxan 50-si axtarış-xilasetmə mütəxəssisi olan 59 nəfər Kapıkule Sərhəd Qapısından ölkəyə daxil olub.


ALMANİYA
Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə işlərində iştirak etmək üçün 41 zabit və 7 itdən ibarət qrup Almaniyanın Köln şəhərindən yola düşüb.

Beynəlxalq Axtarış və Xilasetmə (ISAR) tərəfindən təşkil edilən ekspertlər qrupu Köln-Bonn Hava Limanından şəxsi təyyarə ilə Qaziantepə yola düşüb.


İSRAİL
İsrail ordusu yardım göstərmək üçün 150 mühəndis, tibb işçisi və digər yardım işçilərindən ibarət axtarış-xilasetmə qrupu göndərib. İki ölkə münasibətlərdə illərlə davam edən gərginlikdən sonra ilk dəfə bu münasibətlə humanitar təmasda olur. İsrail və Suriya arasında diplomatik əlaqələr yoxdur, lakin Baş nazir Benyamin Netanyahu Suriyaya humanitar yardım tələbini də təsdiqlədiyini açıqlayıb.


ABŞ
ABŞ Türkiyəyə təcili yardım, o cümlədən axtarış-xilasetmə səylərini dəstəkləmək üçün qruplar göndərir. Kaliforniyadakı 100-ə yaxın Los-Anceles dairəsinin yanğınsöndürənləri və struktur mühəndisləri ilə birlikdə altı xüsusi təlim keçmiş it Türkiyəyə göndərilib.


RUSİYA
Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələdə yaralananların müalicəsi üçün səhra xəstəxanası, eləcə də Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar xilasetmə qrupları göndərib.


YUNANISTAN
Türkiyənin son zamanlar gərgin münasibətləri olan qonşusu Yunanıstan Türkiyəyə ilk xilasedici dəstə göndərən ölkələrdən biri olub. Hərbi nəqliyyat təyyarəsi 21 nəfərlik xilasetmə qrupu, iki xilasedici it və bir xilasetmə maşını, bir konstruktiv mühəndis, beş həkim və seysmik planlama mütəxəssisi ilə Türkiyəyə gəlib.
 

FRANSA
Fransa Türkiyəyə 136 nəfərlik 2 axtarış-xilasetmə qrupu göndərib.



CƏNUBİ KOREYA
60 nəfərlik axtarış-xilasetmə qrupu və tibbi ləvazimat göndəriləcək. Hökumət ilk mərhələdə 5 milyon dollarlıq humanitar yardımın göstərildiyini də açıqladı və Gyeonggi əyalət hökuməti də 1 milyon dollar humanitar yardım etməyi planlaşdırır.


PAKİSTAN
Pakistan baş nazir Şahbaz Şərifin əmri ilə Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib.


HİNDİSTAN
Təbii Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin 100 nəfərlik şəxsi heyəti ilə birlikdə itlər və avadanlıqlarla birlikdə komandalar yoldadır. Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, təlim keçmiş həkimlər, feldşerlər və zəruri dərmanlardan ibarət tibbi qruplar yola düşməyə hazırdır.


İNGİLTƏRƏ



İSVEÇRE
İsveçrənin REDOG xilasedici it xidməti 22 nəfərlik peşəkar xilasetmə qrupunu 14 itlə Türkiyəyə göndərir. Hökumət həmçinin ordunun fəlakət ekspertləri də daxil olmaqla ümumilikdə 80 ekspertin Türkiyəyə göndəriləcəyini açıqlayıb.



YAPONİYA

Zəlzələ fəlakətinə ilk reaksiya verən ölkələrdən biri Yaponiya olub. Bu sahədə dünyanın ən qabaqcıl texnologiyasına və təcrübəsinə malik olan yaponlar ən peşəkar avadanlıqla təchiz edilmiş 75 nəfərə yaxın xilasedici dəstə göndərib.



İSPANYA
85 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu və bir könüllü yanğınsöndürən birliyi Türkiyəyə göndərilib.


POLŞA
Türkiyəyə tam təchizatlı 76 yanğınsöndürən və 8 təlim keçmiş it göndərir.



XORVATIYA VƏ KOSOVO

Kosovo və Xorvatiyadan olan axtarış-xilasetmə qrupları zəlzələ bölgələrində aparılan işlərə dəstək vermək üçün Türkiyəyə hərəkət edib.



SERBİYA
Serbiyanın paytaxtı Belqraddan 27 nəfərlik axtarış-xilasetmə qrupu Türkiyəyə yola düşüb.



MOLDOVA
Prezident 55 xilasedicinin Türkiyəyə göndərildiyini bildirib.


MEKSİKA
Meksika prezidenti Andres Manuel Lopez Obradorun göstərişi ilə mərkəzi qərargahı Kahramanmaraşda olan 10 vilayətdə baş verən zəlzələlər səbəbindən Türkiyəyə 145 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM