Türkmənbaşı Putindən onun avtomobilindən istəyib - VİDEO

12:44 | 11.10.2019
Türkmənbaşı Putindən onun avtomobilindən istəyib - VİDEO

Türkmənbaşı Putindən onun avtomobilindən istəyib - VİDEO

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşdə ondan "Aurus" avtomobilindən istəyib.

BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb. 

"Yeni "Aurus" markalı avtomobillərimiz üçün xoş, müsbət rəylərinizə görə təşəkkür edirik. Bu maşını bəyənməyiniz çox xoşdur",-deyə Putin Berdiməhəmmədovla görüşdə bildirib. 

Türkmənistan prezidenti isə rusiyalı həmkarına deyib ki, avtomobillə bağlı ilk partiyanı almaq istəyir: "Bir daha xahiş etmək istəyirəm. Biz "Aurus Sedan" üçün müraciət etmişik. İlk partiyanı almaq istərdik".

Qeyd edək ki, Vladimir Putin dəyəri 18 milyon rubl (475 min AZN) olan "Aurus Senat" avtomobilindən istifadə edir. Prezidentin limuzini Yamalo-Nenets muxtar dairəsində 50 dərəcə şaxtada uğurla sınaqdan keçib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM