Türkmənistan Rusiyaya qaz nəqlini dayandırıb

20:20 | 25.10.2024
Türkmənistan Rusiyaya qaz nəqlini dayandırıb

Türkmənistan Rusiyaya qaz nəqlini dayandırıb

"Türkmənqaz” "Qazprom”la qiymətlərdə razılaşmadığı üçün Rusiyaya qaz nəqlini dayandırıb. TASS yazır ki, bu barədə Türkmənistan şirkətinin rəhbəri Maksat Babayev deyib.


O izah edib ki, xidmətlərin göstərilməsini davam etdirmək üçün 30 iyun 2024-cü il tarixində qiymətə yenidən baxılması nəzərdə tutulub.

"Biz danışıqlar apardıq və kommersiya hissəsi ilə bağlı ümumi anlaşma əldə edə bilmədik.

Danışıqlar nəticəsində tərəflər qiymət məsələsində ortaq məxrəcə gələ bilməyiblər. Bu səbəbdən qaz təchizatı müqaviləsi uzadılmayıb.

"Qazprom” və "Türkmənqaz” 2019-cu ildə beş illik qaz tədarükünə dair müqavilə imzalayıb. Qaz tədarükünün həcmi 5,5 milyard kubmetr təşkil edib.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM