Türkmənistanda SOCAR-ın ofisi açılıb

18:07 | 28.11.2023
Türkmənistanda SOCAR-ın ofisi açılıb

Türkmənistanda SOCAR-ın ofisi açılıb

Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin ofisi açılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür”, - deyə Mikayıl Cabbarov bildirib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM