Türməyə mobil telefon keçirmək istədi, tutuldu

20:00 | 23.04.2019
Türməyə mobil telefon keçirmək istədi, tutuldu

Türməyə mobil telefon keçirmək istədi, tutuldu

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Anews.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1; 234.1 və 66.1-ci maddələrinə əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səfərbəyov Həsən Rəsul oğlu ilə qısamüddətli görüşə gəlmiş qaynı Füzuli rayon sakini Məmmədov Ramin Əflatun oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin cibində gizlətdiyi 1 ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM