Tütün məhsullarının istehsal və idxalçıları üçün YENİ ŞƏRTLƏR

15:48 | 15.07.2024
Tütün məhsullarının istehsal və idxalçıları üçün  YENİ ŞƏRTLƏR

Tütün məhsullarının istehsal və idxalçıları üçün YENİ ŞƏRTLƏR

Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən, tütün məmulatlarının istehsalçısı və satıcıları üçün  yeni dövlət rüsumu müəyyən edilib. Bu barıdı də əksini tapıb.

Belə ki, bundan sonra tütün məmulatlarının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi üçün 150 manat dövlət rüsumu alınacaq.
 
Bundan başqa  idxalçının ən azı 1 il müddətində tütün məmulatının istehsalı sahəsində fəaliyyəti göstərməsi  tütün məmulatı qismində siqaretin idxalı şərtlərindən biri kimi müəyyən edilib. 

Əsas məqsəd daxili bazarın mənafeyinin qorunması, yerli istehsalın prioritetl olaraq saxlanılması, ixrac potensialının artırılması, həmçinin şəxsin dayanıqlı və məqsədyönlü fəaliyyət göstərməsinə nəzarət edilməsidir.
 
"Dövlət büdcəsi qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən, vergidən yayınma hallarına mütəmadi olaraq yol verən, müxtəlif vergidənyayınma sxemləri ilə riskli əməliyyatlar aparmaqla kölgə iqtisadiyyatına şərait yaradan intizamsız vergi ödəyicilərinin fəaliyyəti uyğun  sahədə aparılan islahatlara mənfi təsir kimi qiymətləndirildiyindən vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı keçmiş öhdəliklərin olmaması, eləcə də vergi ödəyicisi barədə riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması icazə şərtləri kimi müəyyən edilib",  -  dəyişikliklərdə göstərilib. 
 
Tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi də daxil edilir.
 

Bu, ölkədə kənd təsərrüfatının intensiv inkişafına töhfə verəcə, istehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaq. 
 

Həmçinin  yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadə həcmləri artırılacaq. Qeyd edilən faizlərə nəzarətin dəqiq həyata keçirilməsi məqsədilə yerli tütünün alınması məqsədilə faizlərə uyğun çəkilər (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütünün qramı) müəyyən edilib.
 
N.Təbrizli
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM