"Twitter” şirkəti doqquzillik fəaliyyəti dövründə iş yerlərinin ilk böyük ixtisarını planlaşdırır.
Bildirilir ki, 4100 əməkdaşın 336 nəfərinin işdən azad edilməsi nəzərdə tutulur ki, bu da ümumi ştatın 8 faizinə bərabərdir. İxtisarların aparılması elan edildikdən sonra şirkətin səhmləri 5,4 faiz bahalaşıb. "Twitter” ixtisara düşənlərin hamısına yeni iş tapmaqda yardımçı olacaq. Bəzi məlumatlara görə, şirkət strukturun yenidən qurulmasına 5-15 milyon dollar xərcləyəcək.
İxtisarlar şirkətin effektivliyini artırmaq məqsədilə həyata keçiriləcək. "Biz əminik ki, iş az işçi ilə daha sürətli gedəcək”, - "Twitter”-in yeni rəhbəri Cek Dorsi bildirib.
2006-cı ildə təsis edilən "Twitter” şəbəkəsindən hazırda 35-dən çox dildə istifadə mümkündür. Aktiv istifadəçilərin sayı 316 milyona yaxındır, - "Qazeta” yazır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !