Twitter Türkiyənin şərtlərini qəbul edir

20:54 | 09.04.2014
Twitter Türkiyənin şərtlərini qəbul edir

Twitter Türkiyənin şərtlərini qəbul edir

Twitter rəhbərliyi Türkiyədə öz ofisinin açılması ilə bağlı ölkə rəsmiləri ilə danışıqlar aparır. Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan bildirib.Nazirin sözlərinə görə, Twitter nümayəndələri bu ay Türkiyəyə gələcəklər."Onlar Türkiyənin informasiya və kommunikasiya texnologiyaları üzrə dövlət orqanı nümayəndələri ilə birlikdə ölkədə ofisinin açılması perspektivlərini müzakirə edəcəklər", - Əlvan deyib.Türkiyədə martın 1-də Twitter mikrobloqlar şəbəkəsinə giriş bağlanılıb.Şəbəkəyə giriş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu barədə bəyanatla çıxışından sonra bağlanılıb. //Trend
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM