2015-ci ilin II rübünə sosial platforma olan Twitterin gəlirləri proqnozları üstələyib.
Oxu.Az xəbər verir ki, şirkətin gəlirləri 61% artaraq, 502,4 milyon dollara çatıb.
Analtiklər isə Twitterin gəlirlərinin analoji dövrdə 481 milyon dollar olacağını proqnoz etmişdilər.
Hesabata görə, şirkət istifadəçi sayına görə, Facebook-u qabaqlaya bilməyib.
"Adıçəkilən sosial platforma istifadəçilərinin sayı 316 milyon nəfər olub. Dünyada Facebook istifadəçilərinin sayı isə 1,4 milyard səviyyəsindədir”.
Qeyd edək ki, Twitter-in baş direktoru Dik Kostolo istefaya getdikdən sonra, müvəqqəti baş direktor vəzifəsini Cek Dorsi öz öhdəsinə götürmüşdü.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !