«Twitter»in auditoriyası «Facebook»dan böyükdür?!

23:38 | 18.09.2015
«Twitter»in auditoriyası «Facebook»dan böyükdür?!

«Twitter»in auditoriyası «Facebook»dan böyükdür?!

«Twitter» mikrobloqlar xidmətinin auditoriyası «Facebook» sosial şəbəkəsindən böyük ola bilər, baxır bu göstərici necə qiymətləndirilir" - Las-Veqasda keçirilmiş konfransın gedişində «Twitter»in əsas maliyyə direktoru Entoni Noto deyib.
 
 
«Bloomberg» agentliyinin məlumatına əsasən, 2015-ci ilin ikinci rübünün sonuna olan məlumata əsasən, «Twitter»in aktiv istifadəçilərinin sayı 304 milyon nəfər təşkil edib, halbuki «Facebook»da bu göstərici 1,49 milyarddır.
 
 
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, ancaq Entoni Notonun sözlərinə görə, «Twitter»in auditoriyası əslində daha böyükdür, çünki rəsmi məlumatlar hesaba daxil olmadan mikrobloqlardakı yazılara baxan istifadəçiləri, həmçinin axtarış sistemləri və ya televiziya xəbərləri buraxılışında onları görənləri nəzərə almır.
 
 
«Facebook»da yalnız bir göstərici (1,4 milyard nəfər) var» - Noto bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM