Tıxaclara növbəti zərbə - FOTO

14:12 | 18.03.2014
Tıxaclara növbəti zərbə - FOTO

Tıxaclara növbəti zərbə - FOTO

Biləcəri-Xocahəsən qəsəbələri istiqamətində yolun Sulutəpə-Biləcəri sahəsinin 8 zolaqlı edilməsi üçün işlər gedir.Day.az xəbər verir ki, bu haqda Azərbaycan Nəqliyyat Nazirliyi Nəzdində fəaliyyət göstərən “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib:“Bakı-Sumqayıt şosesinə və Xocahəsən qəsəbəsinə aparan indiki yol iki istiqamət zolağından ibarətdir. Hərəkət yolunun ensizliyindən burda çox zaman tıxac olur. Tikinti bitdikdən sonra problem aradan qaldırılacaq.Layihəyə əsasən yeni yolun uzunluğu 1500 metr, eni 34 metr, ayrıcı zolağın uzunluğu 1 metr olacaq. Burda avtobus dayanacağı, yolun ortası ilə isə işıqlandırma sistemi quraşdırılacaq. Yolun rekonstruksiyası məqsədi ilə su, elektrik xətlərinin yeri dəyişdirilib. Əvvəllər asfaltın üzərinə borulardan su sızırdı, indi isə tamamilə yeni kanalizasiya xətti çəkilib”.Bundan başqa yolun başlanğıcında və sonunda iki dairəvi qovşağın tikilməsi nəzərdə tutulub. Daha dəqiq, bir dairə “Murad” şadlıq sarayının qarşısında, digəri isə Sulutəpə qəsəbəsi istiqamətində (aşağıdakı xəritədə qovşaqlar qırmızı çevrə, yolun özü isə kəsik xətlərlə verilib) tikiləcək.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti