Tyerri Anri yenidən "Arsenal"a qayıtdı

17:40 | 23.11.2013
Tyerri Anri yenidən "Arsenal"a qayıtdı

Tyerri Anri yenidən "Arsenal"a qayıtdı

"Nyu-York Red Bulls" klubunun hücumçusu Tyerri Anri yenidən İngiltərəyə geri dönüb.
Qol.Az-ın məlumatına görə, ABŞ liqasında yaranan fasilədən istifadə edən fransız oyunçu keçmiş klubu "Arsenal"ın məşqlərinə qatılıb. 
Futboldan uzaq qalmamaq üçün hücumçu yenidən Arsen Vengerlə çalışır. Britaniya mətbuatı iddia edib ki, klubun futbolçusu Oliver Jirunun əvəzləyicisi Bendtner istənilən oyunu nümayiş etdirmədiyi üçün Anri yenidən "Arsenal"a transfer oluna bilər. 36 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanacağı yazılıb.
Qol.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb