Uçan binada həlak olan Cavidin sərgisi təşkil ediləcək

12:35 | 27.01.2014
Uçan binada həlak olan Cavidin sərgisi təşkil ediləcək

Uçan binada həlak olan Cavidin sərgisi təşkil ediləcək

Bakının Nərimanov rayonu Heydər Əliyev prospekti sökülməkdə olan binın üzərinə uçması nəticəsində həlak olan Azərbaycan Rəssəmlıq Akademiyasını 4-cü kurs tələbəsi Cavid Bayramlı əl işlərindən ibarət sərgisi təşkil olunacaq. Bunu ANS PRESS-ə Cavid Bayramlının təhsil aldığı Rəssamlıq Akademiyasının Dekorativ və Tətbiqi Sənət kafedrasının dekanı İmran Kərimov söyləyib. O bildirib ki, Rəssamlıq Akademiyasında Cavid Bayrımlının vəfatı ilə əlaqədar olaraq Akademiyada anım mərasimi təşkil ediləcək. Xatırladq ki, bir neçə gün bundan əvvəl Bakının Nərimanov rayonu Heydər Əliyev prospektində sökülməkdə olan binada uçqun baş verib. Binanın 4 mərtəbəsi yol tərəfə aşdığından dağıntılar altında bir neçə maşın qalıb. Tanınmaz hala düşən 2 nəfər maşının içərisindən çıxarılıb. Sonradan Heydər Əliyev prospektində sökülməkdə olan binanın uçması nəticəsində ölən iki nəfərin adları məlum olub. Bunlar - Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb