Xaricdən sizə göndərilən pulu banka
getmədən, olduğunuz yerdə və
cəmi bir neçə saniyə ərzində həm də istədiyiniz bank kartınıza və hesabınıza
faizsiz qəbul edin. Bu imkanı sizə "Unibank”ın mobil əlavəsi olan uBank yaradıb.
İndi uBank-da "Contact” pulköçürmə
sistemi vasitəsi ilə siz pul köçürməklə yanaşı, Azərbaycan, MDB və Avropa ölkələrindən vəsait də qəbul edə bilərsiniz.
uBank-da "Contact” pulköçürmə
sistemi sizə bu imkanları yaradır:
Kartınıza və ya hesabınıza köçürülən pulun saniyələr ərzində sizə çatması;
· Yalnız köçürmə kodu ilə və banka yaxınlaşmadan 24/7 vəsaiti almaq;
· Azərbaycan, MDB və Avropa ölkələrindən vəsaitin qəbulu;
· Bütün bank kartlarınıza və cari hesablarınıza mədaxilin mümkünlüyü;
·
Sizə göndərilən
vəsaiti AZN, USD, EUR və RUB valyutasında almaq;
Azərbaycanın
ən çox istifadə edilən mobil bank əlavələrindən biri olan uBank istifadəçilərinin
sayı artıq 700 minə yaxınlaşıb. Mobil əlavə müştəriyə banka gəlmədən əksər bank
məhsul və xidmətlərindən 24/7 istifadə imkanı verir. Hətta Unibank müştərisi olmayanlar
da, bu mobil tətbiqdən rahatlıqla istifadə edə bilirlər.
uBank İOS və Android platformalarında işləyir. "Unibank”ın mobil bank xidmətini
öz smartfonunuza və planşetinizə asanlıqla yükləyə bilərsiniz. Tətbiq haqda
daha geniş məlumatı saytdan ( https://unibank.az/az/umobile/index)
öyrənə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !