Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - RƏSMİ AÇIQLAMA

16:25 | 18.08.2019
Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - RƏSMİ AÇIQLAMA

Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - RƏSMİ AÇIQLAMA

Ucar rayonunun Çiyni kəndi ərazisində yerli əhalini qorxu və dəhşətə salan naməlum tüklü məxluqun axtarışları davam edir.
Sakinlər arasında onun tutulması haqqında şayiələr yayılıb.
Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli oxu.az-a açıqlamasında xəbəri təkzib edib:
"Çiyni kəndi ərazisində artıq neçə gündür ki, polis postları qurulub. Amma hələ ki, deyilən naməlum məxluq görünməyib. Axtarışlar aparılır".
Qeyd edək ki, rayon sakinləri gecələr yaşayış məntəqəsinə çıxaraq insanları qorxudan bədheybətin olduğunu iddia edirlər. Buna görə qadın və uşaqlar, bəzən isə hətta kişilər axşamlar küçəyə çıxmağa qorxduqlarını bildiriblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM