Ucarda bıçaqlanma olub, ölən var

17:58 | 14.04.2021
Ucarda bıçaqlanma olub, ölən var

Ucarda bıçaqlanma olub, ölən var

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində rayon ərazisində qeydə alınıb.

Ağır bıçaq xəsarətləri ilə rayon sakiniləri - 1985-ci il təvəllüdlü Validə Məzahir qızı Kərimova və Qarabörk kənd sakini, 1988-ci il təvəllüdlü Qasim Fazil oğlu Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq V. Kərimova xəstəxanada ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi hələki dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM