Ucar rayonunda dəmir yolu stansiyasında rels altlıqları və bolt-qayka oğurlanıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də Ucar dəmir yolu stansiyası ərazisindən 66 ədəd rels altlığı və 154 ədəd bolt-qayka oğurlamaqda şübhəli bilinən Ucar şəhər sakini Orxan Əsgərov həmin əşyaları Yevlax şəhər sakini olan bir nəfərə satarkən saxlanılıb.
V.İmamquliyevə məxsus "QAZ-2401” markalı avtomobilə baxış zamanı 25 ədəd rels altlığı və 19 ədəd bolt-qayka aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !