Ucardakı qətli mərhumun oğlu törədibmiş

12:34 | 13.07.2020
Ucardakı qətli mərhumun oğlu törədibmiş

Ucardakı qətli mərhumun oğlu törədibmiş

İyulun 10-da Ucar rayonu, Bərgüşad kəndində qətlə yetirilən Bayram Abbasovun ölümündə şübhəli bilinən şəxs saxlanılıb.

Anews.az xəbər verir ki, Ucar rayon prokurorluğundan "Qafqazinfo”ya verilən məlumata görə, təxirəsalınmaz və zəruri istintaq tədbirləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırlada ki, iyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya bir neçə şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması və aldığı  xəsarətlərdən 11 iyul 2020-ci il tarixdə Göyçay rayon mərkəzi xəstəxanasına ölməsi barədə  məlumat daxil olub.
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin məlumatda cinayəti mərhumun qardaşı oğlanlarının törətdiyi deyilirdi. 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM