Tarif Şurasının 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətini1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edib.
aneüsşaz benzinin qiymətinin artmasının ölkədə taksi xidməti göstərən şirkətlərin tariflərinə təsirini araşdırıb.
Konkret məsafə – "20 Yanvar” və "İçərişəhər” metro stansiyaları üzrə may ayı üzrə qiymətlərlə Tarif Şurasının qərarından sonrakı qiymətlərin müqayisəsini təqdim edirik:
189 – (Econom) may ayında məsafə üzrə gediş haqqı 3,86 manat, Tarif Şurasının qərarından sonra 4.14 manat;
"Salam Taksi” may ayında məsafə üzrə gediş haqqı 2,51 manat, Tarif Şurasının qərarından sonra 2.95 manat;
Taxı*9111 may ayında məsafə üzrə gediş haqqı 3 manat , Tarif Şurasının qərarından sonra 3,60 manat;
"Felix Taxı” may ayında məsafə üzrə gediş haqqı 3,76 manat, Tarif Şurasının qərarından sonra 4,50 manat;
"Uber” may ayında məsafə üzrə gediş haqqı 4 manat, Tarif Şurasının qərarından sonra 4,18 manat;
"City Taxı”, "Taxı24” hələlik xidmət tariflərinə dəyişiklik etməyib. Nəzərə çatdıraq ki, simvolik seçdiyimiz məsafə 6 km təşkil edir.
Hazırda Bakıda 10-dan çox sifarişli taksi şirkəti və 16 min fərdi taksi xidməti mövcuddur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !