UEFA Azərbaycanın 4 klubuna ödəniş edib.
Bu, ölkə təmsilçilərinin Çempionlar Liqası və Konfrans Liqasının 2021/2022 mövsümünün təsnifat mərhələsində iştirakı ilə əlaqədardır.
Vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
"Neftçi" Çempionlar Liqasında iştirak üçün 200 min avro əldə edib. "Keşlə" və "Sumqayıt" Konfrans Liqasına görə 450 min avro, "Qarabağ" isə eyni turnirə qatıldığı üçün 100 min avro alıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !