UEFA "Qarabağ"a ciddi xəbərdarlıq edib. Buna səbəb Avropa Liqasının pley-off mərhələsində keçirilən "Qarabağ” – "Braqa” matçı üçün qeydiyyatdan keçən bloqqerlərin qaydalara ziddi olaraq çəkilişlər etməsidir.Bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlama verib.
"UEFA-nın çəkiliş üçün qaydaları var. Qapı arxasındakı ərazi sırf fotoqrafların çəkilişi üçün nəzərdə tutulub. Amma bloqqerlər bizdən fotoqraf akkrediyasiyası alıb orda videoçəkiliş edirlər. Bunu etməməlidirlər. Çünki çəkiliş hüququna sahib olan media şirkətləri var. Onların müqavilələri var və başqaları çəkiliş etməməlidir. Klubun özü belə yalnız 24 saat sonra video paylaşa bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !