• $
  • £

UEFA millimizin rəsmi oyunlarının tarixini açıqladı

UEFA millimizin rəsmi oyunlarının tarixini açıqladı
19.12.2013 11:35
UEFA 2016-cı ildə keçiriləcək Avropa çempionatının reqlamentini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, 24 komandanın qatılacağı bu mötəbər yarışın final mərhələsi iyunun 10-dan iyulun 10-dək Fransada təşkil olunacaq. Püşkatması gələn il fevralın 23-də Nitsada baş tutacaq seçmə mərhələdə 53 komanda mübarizə aparacaq. Millilər hərəsində 5 və 6 komanda olmaqla, 9 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutanlar final mərhələsinə yollanacaq. 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik yığma da Avro-2016-ya qatılacaq. Eyni yeri tutan digər 8 komanda isə pley-offda 4 xoşbəxti müəyyənləşdirəcək. Ümumilikdə, bu 23 milli meydan sahibi Fransa ilə yanaşı final mərhələsində çıxış edəcək. Seçmə mərhələnin təqvimi 1-ci tur: 7, 8, 9 sentyabr 20142-ci tur: 9, 10, 11 oktyabr 20143-cü tur: 12, 13, 14 oktyabr 20144-cü tur: 14, 15, 16 noyabr 20145-ci tur: 27, 28, 29 mart 20156-cı tur: 12, 13, 14 iyun 20157-ci tur: 3, 4, 5 sentyabr 20158-ci tur: 6, 7, 8 sentyabr 20159-cu tur: 8, 9, 10 oktyabr 201510-cu tur: 11, 12, 13 oktyabr 2015 Pley-off mərhələsinin təqvimiİlk oyunlar: 12, 13, 14 noyabr 2015Cavab oyunları: 15, 16, 17 noyabr 2015 UEFA-nın qərarı ilə həftəsonu keçiriləcək qarşılaşmaların saat 21:00 və 23:45-də, adi günlərdə isə 23:45-də başlamalıdır. Komandalar cüt oyunlarını cümə axşamı-bazar, cümə-bazar ertəsi və ya şənbə-çərşənbə axşamı sistemi ilə keçirəcək. Millilər yalnız çərşənbə günləri oynamayacaq. Qeyd edək ki, final mərhələsinin püşkü 2015-ci il dekabrın 12-də Parisdə baş tutacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İdman 00:05
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İran yığması DÇ-2026 üçün viza alıb
İdman 21:50
İran yığması DÇ-2026 üçün viza alıb
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
İdman 17:24
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
İdman 17:27
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
"Qarabağ"ın legioneri milliyə çağırıldı
İdman 19:00
"Qarabağ"ın legioneri milliyə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol