UEFA prezidenti səhvə görə üzr istəyib

17:54 | 16.12.2021
UEFA prezidenti səhvə görə üzr istəyib

UEFA prezidenti səhvə görə üzr istəyib

UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması zamanı baş vermiş səhvə görə üzr istəyib, bu barədə sloveniyalı funksioner Avropa futbol qurumunun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında açıqlama verib.

O bildirib ki, yanlışlıq insan amili ilə bağlı olmayıb. 

"Məlumat aldıq ki, proqram təminatında səhv baş verib. Dərhal müvafiq şəxslərlə telefon danışığım oldu. Mənə püşkatmanı təkrarlamağı təklif etdilər. Şəffaflığı qorumaq üçün buna razılaşdıq. Biz texnologiyadan bu qədər asılı ola bilmərik. Bu, insan səhvi deyil. UEFA-nın yanlışlığı idi, hamıdan üzr istəyirik", - deyə o bildirib.

1/8 final mərhələsinin püşkatması texniki nasazlıq səbəbindən təkrarlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM