UEFA "Qarabağ"a 1 milyon avro verib

13:09 | 01.11.2022
UEFA

UEFA "Qarabağ"a 1 milyon avro verib

"Qarabağ Ağdam" 2022/23 mövsümünün Avropa Liqasının qrup mərhələsinin oyunlarında qazandığı qələbəyə görə Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) 1 milyon 294 min avro alıb. Bu barədə klub məlumat verib. 


"Qarabağ” futbol klubuna Avropa Liqasının qrup mərhələsinin oyunlarında qələbəyə görə UEFA tərəfindən ayrılmış 1 milyon 294 min avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.


"Qarabağ” Ağdam klubu Avropa Liqasının 2022/2023 mövsümünün qrup mərhələsində evdə Fransanın "Nant”ını, səfərdə isə Yunanıstanın "Olimpiakos”unu eyni hesabla 3:0 hesabı ilə məğlub edərək iki qələbə qazanıb.


Ağdamlıların qrup mərhələsində bir oyunu qalıb. Onlar noyabrın 3-də  Almaniyanın "Frayburq" komandası ilə Bakıda oynayacaqlar. 


Hazırda "Qarabağ” öz qrupunda ikinci pillədə qərarlaşıb, klubun 7 xalı var.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb