UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətini rədd edib

14:39 | 15.09.2022
UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətini rədd edib

UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətini rədd edib

UEFA "Qarabağ" futbol klubunun Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmək barədə müraciətini rədd edib. Bu barədə "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəisi Gündüz Abbaszadə məlumat verib.  
 
"UEFA cavabında bildirib ki,  narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”, - Gündüz Abbaszadə bildirib.  
 
CBC Sport-un xəbərlər xidmətinin direktoru Şəmsəddin Abbasov öz feysbuk hesabında məsələyə münasibət bildirib.
 
"O zaman Böyük Britaniya Kraliçası İkinci Yelizavetanın xatirəsi nəyə əsasən çempionlar liqası görüşləri öncəsi yad edilib?lizavetanın futbolla nə bağlılığı olub? İnanıram sabah "Qarabağ” öz qələbəsi ilə bizim qardaşlarımızın, qəhramanlarımızın xatirəsini yad edib bu qələbəni onlara həsr edəcək! Allah Şəhidlərimizə rəhmət eləsin!”. 

 UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək   "Qarabağ” – "Nant” görüşü Tofiq Bəhramov adına Respublika stadionunda   saat 20:45-də keçiriləcək.  
 
Məhluqə Tağıyeva


 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM