"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı 5-ə enib...
Çempionlar Liqasında 2019/20 mövsümünün I təsnifat mərhələsinin sabah keçiriləcəyi püşkatma ərəfəsində UEFA komandaları qruplara bölüb.
İnterAz-ın məlumatına görə, 32 iştirakçı 3 qrupa bölünüb. Bununla da hər bir klubun mümkün rəqiblərinin sayı azalıb.
İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil qərargahındakı tədbirdə Azərbaycan çempionu "Qarabağ” ikinci qrupda yer alıb. Səpələnmişlərdən olan təmsilçimiz üçün 5 mümkün rəqib qalıb.
Bunlar "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya) və "Saburtalo" (Gürcüstan) klublarıdır.
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Bu raundun oyunları iyulun 9-10-da və 16-17-də keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
I qrup
Səpələnmişlər: "Astana" (Qazaxıstan), "Lüdoqorets" (Bolqarıstan), "Srvena Zvezda" (Serbiya), "Şkendiya" (Makedoniya), AIK (İsveç)
Səpələnməmişlər: "Suduva" (Litva), "Ferensvaroş" (Macarstan), ÇFR (Kluj, Rumıniya), "Nomme Kalyu" (Estoniya), "Ararat" (Ermənistan)
II qrup
Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Qarabağ" (Azərbaycan), "Şerif" (Moldova), "Düdelanj" (Lüksemburq), "Slovan" (Slovakiya),
Səpələnməmişlər: "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan)
III qrup
Səpələnmişlər: BATE (Belarus), "Maribor" (Sloveniya), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), TNS (Uels)
Səpələnməmişlər: "Pyast" (Polşa), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), ilkin mərhələnin qalibi
Qeyd edək ki, ilkin mərhələnin iyunun 25-dəki yarımfinalında "Feronikeli” (Kosovo) - "Linkoln” (Cəbəllütariq) və "Tre Penne" (San-Marino) - "Santa Koloma” (Andorra) cütləri görüşəcək. Kosovonun Priştina şəhərindəki turnirin finalı isə ayın 28-də baş tutacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !