UEFA "Qarabağ"ın haqqını tapdadı - Foto

14:10 | 15.12.2014
UEFA

UEFA "Qarabağ"ın haqqını tapdadı - Foto

UEFA bu gün baş tutacaq püşkatmaya daxil olan klubların adlarını açıqlayıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, "Qarabağ"ın rəsmi müraciətinə və etirazlarına baxmayaraq ali futbol qurumu qərarından dönməyib. Belə ki, UEFA "Dnepr"i püşkatmada iştirak edəcək klublar arasına daxil edib.

"Qarabağ" klubunun türkiyəli vəkili Qurur Günal isə ötən gün açıqlama verərək İsveçrənin Nyon şəhərində şanslarının olduğunu bildirmişdi. Vəkil, əgər tələbimiz yerinə yetirilsə, oyun yenidən keçiriləcək deyə bildirmişdi. Ancaq görünür UEFA artıq son qərarını verib.

Qeyd edək ki, püşkatmada Avropa Liqasında növbəti mərhələyə adlayan şanslı 24 klub iştirak edəcək. Çempionlar Liqasında qruplarda 3-cü yeri tutmuş 8 klub da püşkatmada iştirak hüququ əldə edib.

Avropa Liqasının püşatması bu gün Bakı vaxtı ilə 16:00-da keçiriləcək.

ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb