Ukrayna 460 rus əsgərini məhv edib

10:26 | 26.05.2023
Ukrayna 460 rus əsgərini məhv edib

Ukrayna 460 rus əsgərini məhv edib

Ukrayna Silahlı Qüvvələri 460 rus əsgərini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook” səhifəsində məlumat verilib.

Bildirilir ki, 2023-cü ilin mayın 26-dək Rusiyanın şəxsi heyət arasında ümumi döyüş itkiləri təqribən 205 min 720 nəfər təşkil edib. 
 
Rusiyanın 3796 tankı , zirehli döyüş maşını 7435 , artilleriya sistemləri 3384 , reaktiv yaylım atəş sistemi 570 ədəd məhv edilib.


Rusiya son sutka ərzində Ukraynaya 4 raket və 55 hava zərbəsi endirib.
 
Məlumata görə, hücüm zamanı iranın 36 Şahed hücum pilotsuz təyyarəsindən istifadə edilib.
 
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM