Onun sözlərinə görə, Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dan 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb.
"Bu vəsait müəllimlərin, həkimlərin və xilasedicilərin maaşları və sosial müavinətlər kimi prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə kömək edəcək”, - o bildirib.
Ukraynaya Rusiya ilə müharibə dövründə ən çox maliyyə yardımı ayıran ölkə ABŞ-dır.
Bundan başqa Avropanın 27 ölkəsi də Ukraynaya maddi və hərbi yardım göstərib.
İki ölkə arasında yaranan münaqişəyə görə ABŞ və Avropanın 27 ölkəsi Rusiyaya qarşı sərt sanksiya tətbiq edib. Lakin bu sərt tələblərin heç biri Rusiyanı geri addım atmağa səbəb ola bilməyib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !