Qanunvericilik səviyyəsində işğalçı dövlət anlayışı ilk dəfə Rusiyaya qarşı tətbiq olunacaq.
Donbassın reinteqrasiyası haqqında qanun layihəsində Rusiya ilk dəfə olaraq Ukrayna qanunvericiliyi səviyyəsində işğalçı dövlət adlandırılacaq.
"Report" xəbər verir ki, bunu bazar ertəsi prezident Pyotr Poroşenkonun parlamentdə nümayəndəsi İrina Lutsenko bildirib.
O, Ukraynanın "Beşinci kanalı"nın efirində deyib ki, qanunvericilik səviyyəsində işğalçı dövlət anlayışı ilk dəfə Rusiyaya qarşı tətbiq olunacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !