Ukrayna ballistik raketlərə əl atdı

12:13 | 30.07.2014
Ukrayna ballistik raketlərə əl atdı

Ukrayna ballistik raketlərə əl atdı

Ukrayna ordusunun 454 kiloluq, 89 kilometr fəaliyyət radiusu olan raketlərdən istifadə etdiyi iddia olunur

Ukrayna güc strukturları şərqdə gedən hərbi əməliyyatlar zamanı qısa mənzilli ballistik raketlərə əl atıb. ANS PRESS-in məlumatına görə, "CNN" telekanalı ABŞ kəşfiyyatında olan 3 mənbəyə istinadən bildirir ki, Ukrayna ordusu 454 kiloluq döyüş başlıqlı, 89 kilometr fəaliyyət radiusu olan raketlərdən istifadə edir. Bu bu günə kimi münaqişədə istifadə edilən ən dağıdıcı silahdır.

Məlumatda, istifadə olunan raketlərin hara düşdüyü və nə kimi ziyan verdiyi bildirilməyib. "ABŞ kəşfiyyatı əlbətdəki, bu cür raketlərin atışını isbat edəcək şəkilləri göstərməyəcək. Çünki ukraynalılar pis uşaqlar deyil" - deyə kanal mənbələrdən birinin sitatını önə çıxarıb. Digər mənbə raketlərin atışını “münaqişənin genişləndirilməsi” kimi qiymətləndirsə də, “ukraynalıların özlərini qorumaq hüququ var” deyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM