Ukrayna Ali Radasının spikeri və müvəqqəti olaraq prezident vəzifələrini icra edən Aleksandr Turçinov Krımda monitorinq keçirmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib. Turçinov bundan əlavə suverenliyin pozulacağı təqdirdə tədbir görməsinidə istəyib. Bundan əlavə spiker Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının fövqəladə iclasını çağırıb. Qeyd edək ki, ötən gecə 100-ə yaxın naməlum silahlı şəxs paytaxt Simferopolda Krım parlamentinin və Nazirlər Kabinetinin binalarını zəbt edib.Bu gün isə hava limanının zəbt edilməsi barədə məlumatlar yayılıb. Krım Ali Şurasının qabağında 10 minə yaxın insanın iştirakı ilə aksiya keçirilib. Aksiya iştirakçılarının heç də hamısı bir mövqedən çıxış etməyiblər. Belə ki, onların bir qrupu Krımın Ukrayna tərkibində qalmasının tərəfdarı olduğu halda, başqa bir hissəsi isə Rusiyaya birləşməyi tələb edib. Krım tatarları isə Ukraynanı dəstəkləyir. Krımın paytaxtı Simferepolda keçirilən aksiyalarda baş verən toqquşmalarda onlarla insan yaralanıb.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !