Ukrayna paytaxtı Kiyevdə və başqa şəhərlərdə "Birlik marşı" keçirilir.
İnsanlar rusiyameylli separatçıların Volnovaxa kəndində vurduğu avtobusda ölənlərin xatirəsini yad edir və terrora "yox" deyirlər.
Aksiyanın təşəbbüsü sosial şəbəkədən gəlib.
Parisdə "Charlie Hebdo" satirik dərgisində törədilən terror aktından sonra Fransa boyu keçirilən həmrəylik aksiyalarında insanlar "Mən Şarliyəm" şüarı səsləndirdiyi kimi ukraynalılar da küçələrə "Mən Volnovaxayam" şüarı ilə çıxıblar.
Parisdəki terror aktında olduğu kimi Volnovaxadakı hadisədə də 12 nəfər ölüb.
Avtobus "Qrad" qurğularından atəşə tutulub.
Separatçılar hadisəyə görə məsuliyyəti Ukrayna tərəfinin boynuna atmağa çalışırlar.
Kiyevdəki yürüş Shevchenko heykəli ətrafından başlayıb.Maydana qədər davam edib.
Aksiyaya 20 minəcən insan qatılıb.
Yürüşdə prezident Petro Poroshenko da çıxış edib.
"Biganə qalmayıb bu aksiyaya qoşulduqları üçün ukraynalılara minnətdaram" - deyə o bildirib.
Maydanda həmçinin hadisə zamanı ölənlərin ruhuna dualar oxunub.
Analoji aksiyalar Fransa, Çexiya, Hollandiya, Böyük Britaniya və s. ölkələrdə də təşkil edilib.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !