Ukrayna buğdası və arpası Tunis və Liviyaya gedir

15:00 | 13.01.2023
Ukrayna buğdası və arpası Tunis və Liviyaya gedir

Ukrayna buğdası və arpası Tunis və Liviyaya gedir

Ukrayna buğdası və arpası olan iki quru yük gəmisi Tunis və Liviyaya gedir. Bu barədə Birgə Koordinasiya Mərkəzinin (JCC) məlumat yayıb.

"Yanvarın 12-də iki gəmi Ukrayna limanlarını tərk edib, onlar Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 56 min ton taxıl və digər ərzaq məhsulları daşıyırlar”, - məlumatda deyilir.

Quru yük gəmisi "Lady Litel" Liviyaya 31 min ton buğda, "East Wind I" quru yük gəmisi Tunisə 25 min ton arpa daşıyacaq.


İki gəmi də cümə axşamı humanitar dəhlizdən keçən Ukrayna limanlarına gedir.

Yanvarın 12-nə Ukraynanın üç limanından ixrac edilən taxıl və digər kənd təsərrüfatı məhsullarının ümumi tonajı 17 001 661 ton təşkil edir.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM