Ukrayna cəbhəsində ilk döyüş təyyarəsindən istifadə edildi

17:15 | 04.02.2015
Ukrayna cəbhəsində ilk döyüş təyyarəsindən istifadə edildi

Ukrayna cəbhəsində ilk döyüş təyyarəsindən istifadə edildi

Ukraynada Rusiya tərəfdarı olan separatçılar cəbhədə ilk dəfə döyüş təyyarəsindən istifadə etdilər.

ANN.Az huriyyet.com-a istinadən xəbər verir ki, Separatçı Luqansk polisləri, Ukrayna Hava Qüvvələrindən ələ keçirdikləri SU-25 tipli döyüş təyyarəsini ilk dəfə cəbhədə istifadə ediblər.

Ukraynanın şərqində Rusiya tərəfdarı olan separatçılarla, Kiyev rəhbərliyi arasında yaşanan böhran hər keçən gün daha da alovlanır. Separatçıların lideri Aleksandr Zaxarçenkonun "100 min nəfərlik ordu planı"ndan sonra dünən cəbhədə ilk dəfə döyüş təyyarəsindən istifadə edildiyi ortaya çıxdı.

"Artıq hava qüvvələrimiz var" deyən separatçı Luqansk polisləri, SU-25 tipli döyüş təyyarəsinin şiddətli toqquşmaların yaşandığı Debeltsovda, yaşayış bölgəsi yaxınlarında istifadə edildiyi bildirdilər. Luqansk polislərinin bildirdiklərinə görə tam təchizatlı döyüş təyyarəsi Debeltsov yaxınlığında Ukrayna ordusunu daha da sarsıdıb. Hava hücumu zamanı Ukrayna ordusunu bir bölüyü tamamilə məhv edilib.

Təyyarəni necə ələ keçirdiklərindən danışan polislər bildiriblər ki, "Bu döyüş qənimətinin keçən iyulda Ukrayna Hava Qüvvələrindən aldıq. Əldə etdiyimiz döyüş təyyarəsini qısa müddətdə az miqdarda xərclə təmir etdik. İndi o bizim üçün döyüşür"

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM