Ukrayna Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni tanımır

16:44 | 04.05.2015
Ukrayna Dağlıq Qarabağda keçirilən

Ukrayna Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni tanımır

Rəsmi Kiyev Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni tanımadığını bəyan edib
 
"Ukrayna mayın 3-də Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri”ni tanımır və qeyri-legitim hesab edir". APA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu "seçkilər”in hüquqi nəticəsi ola bilməz: "Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir”.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb