Ukrayna: Donbasın statusu ilə bağlı məsələ parlament müzakirəsinə çıxarılıb

22:58 | 16.07.2015
Ukrayna: Donbasın statusu ilə bağlı məsələ parlament müzakirəsinə çıxarılıb

Ukrayna: Donbasın statusu ilə bağlı məsələ parlament müzakirəsinə çıxarılıb

Ukrayna prezidenti Petro Poroşenko Donetsk və Luhansk vilayətlərinin statusu ilə bağlı yeni Konstitusiya düzəlişləri layihəsini Ali Radaya təqdim edib.

Sənəd parlament saytında dərc olunub. Bundan əvvəlki layihə Ali Radaya iyulun 1-də təqdim olunmuşdu.

Ukraynanın şərqində müstəqilliyini elan etmiş bölgələr sənədin ilk variantına etiraz etmişdilər. Onlar layihəyə Luhansk və Donetskə xüsusi statusun verilməsi barədə müddəanın əlavə edilməsinə tələb edirdilər.

"Ukrainskaya pravda” qəzetinə əsasən yeni düzəlişlər ABŞ dövlət katibinin müavini Victoria Nulandın Ukraynaya səfərindən sonra qəbul olunub.

Düzəlişlər layihəsi iyulun 16-da Konstitusiya Məhkəməsinə göndəriləcək.

Onun əsas qanunla ziddiyyət təşkil etmədiyi təqdirdə düzəlişlər parlament səsverməsinə çıxarılmalıdır. //bbc.com/azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM