Ukrayna əsgərləri Rusiyanın 102 hücumunu dəf edib

10:34 | 10.03.2023
Ötən sutka ərzində Ukrayna Rusiyanın 102 hücumunu dəf edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Son 24 saat ərzində Rusiya Çerniqov vilayətində Yelino şəhərini artilleriyadan atəşə tutub. 


Baş Qərargahın məlumatına görə, Baxmut istiqamətində Rusiyanın hücumu dayanmayıb. Donetsk vilayətinin üç yaşayış məntəqəsinin əraziləri atəşə tutulub.

UNİAN-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun nümayəndəsi Serhiy Çerevatinin sözlərinə görə, son 24 saat ərzində ruslar cəbhənin Baxmut istiqamətində 128 artilleriya zərbəsi endirib, 41 toqquşma olub.

Hərbi ekspert Aleksandr Kovalenko hesab edir ki, rus qoşunlarının Ukrayna Silahlı Qüvvələrini Baxmutda mühasirəyə almağa gücü çatmır.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb