Ukrayna və kreditorları iyulun 1-də razılaşıblar ki, gələn həftə ölkənin borcunun restrukturaziyası üzrə danışıqlara başlasınlar. Tərəflər Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun qərargahında görüşüblər. Görüşdən sonra verdikləri bəyanatda bildiriblər ki, danışıqlar konfidensial saxlanacaq.
Kreditorlar əsasən ABŞ-ın 4 investisiya fondudur. Onlara təzyiq edilir ki, ölkənin böyük həcmli borcunu silsinlər.
Kreditorlar isə borcu silməkdənsə onun müddətini uzatmaq istəyirlər. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !