ANN.Az APA-ya istinadən xəbər verir ki, Gürcüstan Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, M. Saakaşviliyə qarşı ittihamlar irəli sürüldüyü və barəsində axtarış elan olunduğu üçün onun saxlanılması və Gürcüstan ekstradisiyası ilə bağlı Ukrayna Baş Prokurorluğuna müraciət edilib: "Lakin iki ölkə arasında ekstradisiya haqqında saziş olmasına baxmayaraq, Ukrayna tərəfi Gürcüstan tərəfi ilə bu məsələdə əməkdaşlıq etməyib və Mixail Saakaşvilinin Gürcüstana ekstradisiyasını həyata keçirməkdən imtina edir”.
Xatırladaq ki, M. Saakaşvili Ukrayna prezidentinin ştatdankənar müşaviri təyin olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !