Rus politoloq Aleksey Martınov öz "Facebook" səhifəsində Ukraynadan sonra ABŞ-ın hədəfində Moldova və Ermənistanın dayandığını yazıb: “Dnesteryanının müstəqilliyinin Rusiya tərəfindən tanınması prosedurunun başlanması üçün təşəbbüs göstərmək lazımdır. Ukraynadan sonra ABŞ-ın hədəfində Moldova və Ermənistandır. Mən İrəvana məsləhət görərdim ki, Qarabağın tanınması üçün o da eyni prosedura başlasın”.Ukraynadan sonra proseslər Ermənistanda baş qaldıra bilərmi?
ANN.Az-a açıqlamasında politoloq Ələsgər Ələsgərli mövcud situasiyanı şərh edib.Ə.Ələsgərli açıqlamasında Ermənistan toplumunun inqilaba hazır olmadığını bildirib: “ABŞ və Qərb, ümumiyyətlə, Ukraynadakı hadisələrin arxasınca süründü. Ukraynadakı hadisələr içəridəki narazılığın partlayış verməsindən qaynaqlanır. Əgər xalq etirazı bu qədər güclü olmasaydı və Yanukoviç etirazları yatışdıra bilsəydi, nə olacaqdı? Heç bir şey. Ermənistan toplumu hazırda devrimə hazır deyil. Ermənistan ictimaiyyəti ən azından 2015-ə qədər "soyqırım" mücadiləsi ilə uyutulacaq. Bunu da deyim ki, hazırda çox az ölkə xaric, post- sovet ölkələrinin heç biri inqilab təhlükəsindən sığortalanmayıb. Ancaq inqilab baş verəcəksə, daxili güclərin hesabına baş verəcək. Xarici güclər hadisələrin gedişatı zamanı ortaya çıxır və mövqe bildirir”
SeymurANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !