Ukrayna hadisələri Rusiyada humanitar böhran yarada bilər

13:13 | 03.03.2014
Ukrayna hadisələri Rusiyada humanitar böhran yarada bilər

Ukrayna hadisələri Rusiyada humanitar böhran yarada bilər

Rusiya böyük humanitar böhranla üzləşə bilər, buna səbəb inqilabdan qorxan yüz minlərlə ukraynalının Rusiyaya üz tutmasıdır. 

ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə "Forbes" jurnalı yazıb. Rusiyanın sərhəd xidmətinin yaydığı məlumata əsasən, son iki ayda 675 min ukraynalı Rusiyaya gəlib. 45.5 milyon əhalisi olan ölkədə siyasi böhran dərinləşdikcə, vəziyyət də gərginləşir. 

BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının yaydığı məlumata görə, 2012-ci ildə baş verən münaqişələrə görə, 7.6 milyon insan yaşadığı ərazini tərk edərək, başqa yerlərdə sığınacaq axtarmaq məcburiyyətində qalıb. 2012-ci ildə hər gün 23 min insan öz doğma yurdunu tərk edib. Əgər müqayisə aparsaq, son iki ayda hər gün 11 min ukraynalı ölkəni tərk edib. 

Kütləvi miqrasiya Rusiya üçün ağır bir yükə çevrilə bilər. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM