Ukrayna hərbi-texniki dəstək istəyib

10:30 | 23.03.2014
Ukrayna hərbi-texniki dəstək istəyib

Ukrayna hərbi-texniki dəstək istəyib

Ukraynada prezident vəzifəsini icra edən Aleksandr Turçinov strateji tərəfdaşlar tərəfindən ölkəyə hərbi-texniki dəstək göstərilməsinin lazım olduğunu bəyan edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə o Kanadanın baş naziri Stiven Xarper ilə görüşü zamanı deyib.  

 

“Bizim ölkəyə strateji tərəfdaşların və Ukraynanın suverenliyi və ərazi bütövlüyünün təminatçılarının tək mənəvi dəstəyi yox, həmdə real hərbi-texniki yardımı gərəkdir”, deyə o vurğulayıb.

 

Turçinov və Xarper Ukraynadakı vəziyyəti müzakirə ediblər.

 

“Dünyanın reaksiyasından asılı olmayaraq, ukraynalılar ölkəsini müdafiə etməyə hazırdır”, deyə Aleksandr Turçinov bildirib.  

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM