Ukrayna idmançıları Soçini tərk edir

15:39 | 20.02.2014
Ukrayna idmançıları Soçini tərk edir

Ukrayna idmançıları Soçini tərk edir

Ukraynanın bir neçə idmançısı Kiyev və ölkənin digər şəhərlərində böhranın dərinləşməsi ilə əlaqədar XXII Qış Olimpiya Oyunlarının keçirildiyi Soçini tərk edib. Lent.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Mark Adams açıqlama verib.

 

Lakin o, Ukraynaya neçə idmançının qayıtmağı qərara aldığını deməyib. Adams bildirib ki, Ukrayna Olimpiya Komitəsinin prezidenti Sergey Bubka yığma üzvlərinə tam seçim imkanı verib.  Ümumilikdə ölkənin olimpiya millisində 43 idmançı yer alıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti